Çeçenistan Respublikasının prezidenti Ramzan Kadırovun oğlu “Axmat” klubunun prezidenti təyin edilib. Bu barədə klubun rəsmi saytında məlumat verilib.
“Klubumuzun yeni prezidenti Çeçenistan Respublikasının Gənclər və İdman naziri Axmat Kadırovdur. Əminik ki, onun rəhbərliyi altında klubumuz daha yüksək səviyyələrə ucalacaq. Vitse-prezidentlərdən biri keçmiş prezident Umar Daudov olacaq. Hər ikisinə uğurlar arzulayırıq”, – deyə bəyanatda qeyd edilir.
Xatırladaq ki, 18 yaşlı Axmat bir neçə gün əvvəl respublikanın gənclər və idman naziri təyin edilib.