“Uimbldon-2021”-in finalçısı, dünyanın keçmiş altıncı raketkasi, italiyalı tennisçi Matteo Berrettini “Rolan Qarros”da mübarizə apara bilməyəcək. Bu barədə idmançı bu gün sosial şəbəkələrdə məlumat verib.

“Məşqlərə baxmayaraq, ardıcıl beş setlik bir neçə oyuna hələ hazır olmadığımı komanda ilə birlikdə başa düşdüm. Ot kortlarda oynamağa hazır olmaq üçün bir az da gözləyəcəm. Davamlı dəstəyinizə görə təşəkkür edirik”, – deyə Berrettini yazıb.

Xatırladaq ki, italiyalı tennisçi bundan əvvəl Romada keçirilən “Masters” seriyalı turnirindən də imtina etmişdi. Əlavə edək ki, qadın reytinqinin 5 nömrəli tennisçisi amerikalı Cessika Pequla da Fransadakı turniri buraxdığını bildirib. O da çempionatın startına tam hazır ola bilməyib.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp