“Bolonya” baş məşqçisi Tiaqo Motta ilə yollarını ayırıb.

Futbolinfo.az xəbər verir ki, bu barədə klubun saytı məlumat ayırılb.

41 yaşlı mütəxəssis A Seriyası təmsilçisi ilə müqaviləsini yeniləməmək qərarına gəlib.

Motta 2022-ci ilin sentyabrından “Bolonya”nın baş məşqçisi idi. Komanda bu mövsüm A seriyasında 68 xal toplayıb və 3-cüdür.

Mottanın adı son vaxtlar “Yuventus”la hallanır. Onun Turin təmsilçisinə baş məşqçi təyin olunacağı haqda məlumatlar yayılıb.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp