Tennis üzrə “Rolan Qarros” turnirinin püşkü atılıb. Elə ilk mərhələdə çox maraqlı bir oyun olacağı məlum olub. Püşk nəticəsində Rafael Nadalla Aleksandr Zverev 1/64 final mərhələsində qarşılaşacaqlar.

Qeyd edək ki, Zverev torpaq kortda son “Masters” turnirinin qalibidir. O burada qələbəyə əsas favorit sayılır. Rafael isə turnirin 14 qat qalibidir.

Novak Cokoviçin ilk mərhələdə rəqibi kvalifikasiyadan gələn Herbert olacaq. Əgər favortilər qalib gələrsə, ¼ final mərhələsində Cokoviç – Ruud görüşü olacaq. Keçən il finalda məhz bu tennisçilər üz-üzə gəlmişdilər.

Yannik Sinneri ilk mərhələdə Kristofer Ebanks gözləyir. Karlos Alkaras isə kvalifikasiyadan gələn idmançı ilə qarşılaşacaq.

Xatırladaq ki, turnirə bazar günü start veriləcək.

2403c505 5107 453b 9f83 f489ffd9a5f2 - Futbolinfo.az
17febbce 2093 4bcc 9320 fea3773290a0 - Futbolinfo.az
a8372934 4c38 48e3 8c21 8de37751e3f5 - Futbolinfo.az
3a5d3997 67f2 4f50 bd2b 5fabe82410d2 - Futbolinfo.az
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp