PSJ Rusiyadan futbolçu transfer etməyə hazırlaşır. Paris klubu “Krasnodar”ın istedadlı qapıçısı Matvey Safonovu heyətinə qatmaq niyyətindədir.

Futbolinfo.az xəbər verir ki, “Sabah”ın sabiq baş məşqçisi, yenidən “Krasnodar”a dönən Murad Musayevin kəşflərindən sayılan qolkiper Rusiya millisində “Qarabağ”lı Andrey Lunyovun rəqiblərindəndir. 25 yaşlı oyunçu üçün Fransa təmsilçisi 18 milyon avro ödəməyin əleyhinə deyil.

“Krasnodar” yetirməsinin klubu ilə mövcud müqaviləsi 2029-cu ilin yanvarına qədərdir. PSJ qiymətdə güzəştə nail olmağa çalışır, Rusiya klubu isə istedadlı oyunçunu 20 milyon avrodan ucuz satmaq niyyətində deyil.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp