“Aston Villa” Ross Barklini heyətinə qatır. Birmingem klubu 30 yaşlı yarımmüdafiəçi ilə razılığa gəlib.

Futbolinfo.az “The Guardian”a istinadla xəbər verir ki, oyunçunun yüksək maaş tələb etməməsi “Aston Villa”nın işinə yarayıb. Barkli aşağı liqada oynamaq istəmədiyindən təklifə müsbət cavab verib.

“Luton” ötən yay “Nitsa”dan azad agent kimi heyətinə qatdığı futbolçunun transferindən 8 milyon avro qazanacaq. O, 2020-21 mövsümündə “Aston Villa”da çıxış edib. “Çelsi” “Everton”dan 17 milyon avroya aldığı yarımmüdafiəçini birmingemlilərə icarəyə vermişdi.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp