“Nyukasl”ın və İngiltərə yığmasının keçmiş hücumçusu Alan Şirer Premyer Liqanın başa çatan mövsümü üçün ən yaxşı oyunçulardan ibarət komandanı tərtib edib. Şirerin rəmzi komandası barədə məlumatı liqanın rəsmi saytı yayıb.

Keçmiş forvardın siyahısına Cordan Pikford (Everton), Ben Vayt, Vilyam Saliba, Qabriel Maqalyaeş, Deklan Rays (hamısı Arsenal), Rodri (Mançester Siti), Koul Palmer (Çelsi), Martin Odeqaard (Arsenal), Fil Foden (Mançester Siti), Olli Votkins (Aston Villa), Erlinq Haland (Mançester Siti) daxildir.

Şirer “Mançester Siti”nin çalışdırıcısı Pep Qvardiolanı mövsümün ən yaxşı baş məşqçisi seçib.

Xatırladaq ki, “Mançester Siti” 2023/2024 mövsümündə İngiltərə çempionu olub. 91 xal toplayan komanda ardıcıl dördüncü dəfə Premyer Liqa çempionu olub.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp