Fransa 2028-ci ildə hokkey üzrə dünya çempionatına ev sahibliyi edəcək. Müvafiq qərar təşkilatın Praqada keçirilən konqresində IIHF tərəfindən qəbul edilib.

Oyunlar Paris və Lionda baş tutacaq. Çempionat mayın 12-dən 28-dək keçiriləcək.

Fransadan başqa Qazaxıstan da dünya çempionatına ev sahibliyi etmək üçün ərizə vermişdi, lakin sonradan ölkə yarışın təşkilatçılığından imtina etmişdi.

Xatırladaq ki, hazırda dünya çempionatı Çexiyada davam edir. Bazar günü turnirdə yeni dünya çempionu məlum olacaq.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp