Braziliya futbolunun gələcək ulduzlarından sayılan Endrik Kilian Mbappenin Madrid “Real”ına keçməsi haqda danışıb.

“Qalib komandada heç bir oyunçu digərinə təhlükə yaratmır. Dünyanın ən yaxşı klubu həmişə bütün mövqelərdə ən yaxşıları axtarmalıdır.

Böyük oyunçuların ətrafında olmaq böyük xoşbəxtlikdir. Heyətdə öz yerim üçün onlarla mübarizə aparmaq məni təkmilləşdirməyə, daha yüksək səviyyəyə çatmağa və daha çox titul qazanmağa məcbur edəcək.

Klubla titullar qazanmaq ən vacib məqsədlərimdəndir”, – deyə “Palmeyras”da oynayan gənc forvard bildirib.

Xatırladaq ki, Endrik müqavilə ilə “Real”a məxsusdur. Hazırda vətənində icarədə olan oyunçu tezliklə madridlilərə qoşulacaq.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp