PSJ-nin qapıçısı Keylor Navas Kosta-Rika millisindəki karyerasını başa vurub.

Futbolinfo.az xəbər verir ki, o, bununla bağlı öz “İnstaqram” hesaında paylaşım edib. 37 yaşlı qolkiper qərarı ilə bağlı deyib:

“Həyatımın məğlubiyyətlərlə və qələbələrlə dolu olan bu fəsli başa çatdı. Mən kiçik bir əraziyə, lakin nəhəng ruha malik sevimli Kosta-Rikamızın adını özümlə apararaq, minnətdarlıqla və irəliyə baxan bir ürəklə ayrılıram”.

Navas 2008-ci ildən çıxış etdiyi Kosta-Rika millisində 114 oyun keçirib.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp