“Zirə” PFK-nın idarə heyətinin sədri Orxan Məmmədov Misli Premyer Liqasının sonuncu turunda “Səbail”lə keçiriləcək vacib oyundan əvvəl komanda ilə görüşüb.

Futbolinfo.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Sabah keçiriləcək sözügedən görüş saat 19:00-da başlayacaq. “Zirə” 55 xalla 3-cü, “Səbail” 42 xalla 7-ci pillədə qərarlaşıb. “Zirə” qalib gəlsə, avrokuboklara vəsiqə qazanacaq.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp