“Qarabağ”ın yarımmüdafiəçisi Patrik Andrade Kabo-Verde millisinə dəvət edilib.
Futbolinfo.az yerli federasiyanın rəsmi saytına istinadən xəbər verir ki, o, DÇ-2026-nın seçmə mərhələsində Kamerun və Liviyaya qarşı keçiriləcək oyunlar üçün yığmaya dəvət alıb.
“Qarabağ”ın digər kabo-verdeli futbolçusu Leandro Andrade isə milliyə çağırılanlar sırasında yoxdur.
Kamerunla oyun iyunun 8-də, Libiya ilə görüş is iyunun 11-də keçiriləcək.