“Real”ın yarımmüdafiəçisi Toni Kroosun qızı, 7 yaşlı Amelie La Liqanın 38-ci turunun “Betis”lə matçının (0:0) 86-cı dəqiqəsində əvəzlənən atasının meydanı tərk etməsini görüncə göz yaşlarını saxlaya bilməyib.

Futbolinfo.az xəbər verir ki, qarşılaşma başlamazdan əvvəl hər iki komandanın oyunçuları Kroos üçün vida dəhlizi təşkil ediblər.

Xatırladaq ki, almaniyalı futbolçu mayın 21-də AÇ-2024-dən sonra karyerasını başa vuracağını açıqlayıb.

34 yaşlı Kroos bu mövsüm bütün turnirlərdə 47 oyun keçirib, 1 qol vurub və 9 məhsuldar ötürmə edib.

Shares: