Formula 1 üzrə dünya çempionatının növbəti mərhələsi geridə qalıb. Monakoda keçirilən yarış həmişə olduğu kimi darıxdırıcı alınıb.
Bu trasda keçirilən yarışlarda adətən təsnifatda birinci olan sürücü qələbəqazanır. Bu dəfə də elə bir hal yaşanıb. Şənbə günü ən yaxşı nəticə göstərən Şarl Lekler liderliyi sona qədər əldən verməyib. Bununla da, o, Monakoda qalib gələn ilk yerli sürücü olub.
Yarış ərzində yadda qalan yeganə məqam kimi startdakı qəzanı qeyd etmək mümkündür. İlk dövrədə Serxio Peresin Kevin Mqanussenlə qəzası yarışın 40 dəqiqədən çox dayanmasına gətirib çıxarıb.
Əlavə edək ki, Monako qran-prisi antirekordla yadda qalıb. İlk dəfə olaraq ilk onluqda heç bir dəyişiklik baş verməyib və ötmə olmayıb.