İtaliya A Seriyasında mövsümün sonuncu – 38-ci turuna yekun vurulub.
Futbolinfo.az xəbər verir ki, bu gün 6 oyun baş tutub.
“Napoli” – “Leççe”, “Verona” – “İnter” və “Latsio” – “Sassuolo” görüşlərində qalib müəyyənləşməyib. “Atalanta” doğma meydanda “Torino”ya 3 cavabsız qolla qalib gəlib. “Empoli”nin qonağı olan “Roma” son turu xalsız başa vurub. “Frozinone” isə evdə “Udineze”yə uduzub.
Bu nəticələrdən sonra “Frozinone” B Seriyasına düşüb. “Sassuolo” və “Salernitana” da elitadakı yerini itirib.
Çempion “İnter”lə (94 xal) yanaşı, ilk beş pillədə yer almış “Milan” (75), “Yuventus” (71), “Atalanta” (69) və “Bolonya” (68) növbəti mövsümdə İtaliyanı Çempionlar Liqasında təmsil edəcəklər. “Roma” (63) və “Latsio”nu (61) Avropa Liqasında mübarizə gözləyir. 57 xalla 8-ci pillədə qərarlaşmş “Fiorentina” isə Konfrans Liqasında mübarizə aparacaq.
İtaliya A Seriyası
38-ci tur
23 may
Kalyari – Fiorentina 2:3
Qollar: Deyola, 64. Mutandva, 85 – Bonaventura, 39. N.Qonsales, 89. Artur Melo, 90+12-pen.
24 may
Cenoa – Bolonya 2:0
Qollar: Malinovski, 13. Vitinya, 59.
25 may
Yuventus – Montsa 2:0
Qollar: Kyeza, 26. Aleks Sandro, 28.
Milan – Salernitana 3:3
Qollar: Leao, 22. Jiru, 27. Kalabriya, 77 – Simi, 64; 89. Sambiya, 87.
26 may
Atalanta – Torino 3:0
Qollar: Skamakka, 26. Lukman, 43. Paşaliç, 71-pen.
Napoli – Leççe 0:0
Empoli – Roma 2:1
Qollar: Kaçelyeri, 13. Nyanq, 90+3 – Auar, 45+1.
Frozinone – Udineze 0:1
Qol: Davis, 76.
Latsio – Sassuolo 1:1
Qollar: Zakkayni, 60 – Viti, 66.
Verona – İnter 2:2
Qollar: Noslin, 16. Suslov, 37 – Arnautoviç, 10; 45+1.