Xorvatiya liqasında mövsümə yekun vurulub.

Futbolinfo.az xəbər verir ki, Azərbaycan millisinin hücumçusu Mahir Emrelinin çıxış etdiyi “Dinamo” son turda “Rudes”i qəbul edib.

Çempionluğu daha öncə təmin etmiş Zaqreb təmsilçisi bu matçda 1 xalla kifayətlənib – 3:3.

Emreli də bu görüşün iştirakçısı olub. O, 65-ci dəqiqədə meydana daxil olub.

“Dinamo” mövsümü 82 xalla zirvədə tamamlayıb.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp