Daha bir mövsüm başa çatdı. Yenə “Qarabağ”ın hegemonluğunu, digərlərinin avrokuboklara düşmək üçün mübarizəsini gördük.

Yayın mənzərəsi də bəllidir. Klublarımız ən yaxşı halda bir mərhələ keçib boynubükük qalacaq. Ardınca yenə eyni ssenari davam edəcək. Rəqabətsiz çempionat, ortabab klublar, mövsümi parıltılar, növbələşən uğursuzlar…

Mövsümə yekun vurulan gün turun 4-cü matçı da bir qolla bitdi. Tovuzda meydanın əsl sahbləri ev oyunlarını burada keçirən “Kəpəz”i məğlub etməyi bacardı. “Turan Tovuz” bu qələbə sayəsində 6-cı yeri izləyicisindən 6 xallıq fərqlə öndə qapadı. Gəncəlilərin 9-cu yerə endiyi isə daha sonra başlayan matçın nəticəsinədn asılı olaraq bilindi.

“Qarabağ” qızıl medalları qəbul etdiyi görüşdəqələbə qazana bilmədi. Mərdəanda oynamalı olan ağdamlılar “Araz-Naxçıvan”a öz evində qonaq olmaqla müəyyən üstümlük qazansa da, nəticə fərqli oldu. Bağlanış matçınadək 8 komanda cəmi 4 qol vurmuşdusa, “Azərsun Arena”dakı görüş məhsuldar alındı.

Oyuna o qədər də ciddi yanaşmayan “Qarabağ” daha çox kubokun finalını düşünürdü. Amma komandanın hesabda geri düşməsi heç də heyətdə edilən rotasiyalarla bağlı deyildi. Müdafiəçilərlə anlaşmazlıq yaşayan Andrey Lunyovun kobud səhvi naxçıvanlıların hesabı açması ilə nətcələndi. Doğrudur, “Qarabağ” ardıcıl 2 qol vuraraq dönüş yaratdı, amma nominal meydn sahiblər yenidən heç-heçəni təmin etdi.

Son dəqiqələrdə penaltini boşa verən Adama Diakabi bəlkə də “Qarabağ”da son uğursuzluğunu yaşadı. Onun klubu tərk etməsi gözlənilir. Məşqçilərin bu etimadını da doğrultmaması çətin k, fransalı üçün xoş nəticələnsin. Əvəzində naxçıvanlılar bundan faydalanaraq 8-ci pilləyə yüksəldi.

Beləcə daha bir mövsüm yekunlaşdı, qaliblər mükafatlarına qovuşdu. Futbolçular istirahətə yollansa da, klublarda daha gərgin dönəm başlayır. İndi transfer dönəmi, heyətlərin yenidən qurulması, komplektləşdirililməsi prosesi start götürür.

FƏRİD

Shares: