“Qəbələ”də yarpaq tökümü başladı. I Liqaya enəcəyi dəqiqləşən bölgə təmsilçisi legionerlərini yola salır.

Futbolinfo.az xəbər verir ki, artıq ilk vida bəllidir. Mərakeşli yarımmüdafiəçi Əyyub Allaş klubdan ayrılıb. O, bu barədə sosial şəbəkə hesabında paylaşım edib.

Əyyub klubda olan hər kəsə təşəkkürünü bildirib: “Salam, “Qəbələ”. Öncə mənə dəstək olan hər kəsə, kluba, məşqçilər heyətinə, azarkeşlərə təşəkkür edirəm. Mən hər zaman məşqlərdə və oyunlarda əlimdən gələnin ən yaxşısını edirdim. Son olaraq hər kəsə uğurlar arzulayıram”.

2023-cü ilin yanvarından “Qəbələ”də çıxış edirdi. 26 yaşlı futbolçu bu mövsüm “qırmızı-qaralar”ın heyətində meydana çıxdığı 40 rəsmi matçda 7 qol və 10 məhsuldar ötürmə ilə yadda qalıb.

Allaş “Qəbələ” ilə vidalaşsa da, Azərbaycanda qalacaq. Onun “Sumqayıt”a keçəcəyi barədə xəbərlər var. “Zirə” və “Səbail”in də maraqandığı yarımmüdafiəçinin harada qərrlaşacağı bəlli deyil.

Tezliklə digər legionerlərlə bağlı da qərar veriləcək. “Qəbələ” aşağı dəstədə bir neçə təcrübəli yerli oyunçuya və akademiya gənclərinə güvənəcək.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp