“Sumqayıt”ın yarımmüdafiəçisi Cordan Rezabalanın taleyinə aydınlıq gəlib.

Futbolinfo.az xəbər verir ki, bu barədə Ekvador mətbuatı məlumat yayıb.

Bildirilib ki, Premyer Liqada mövsümü 4-cü pillədə başa vuraraq Konfrans Liqasına vəsiqə qazanan “gənclik şəhəri” təmsilçisi 24 yaşlı hücumameyilli oyunçunun komandada qalmasında maraqlıdır. Ekvadorlu pleymeyker baş məşqçi Samir Abasovun növbəti mövsüm üçün planlarına daxildir. Bu da o deməkdir ki, Rezabala ən azı müqavilə müddətinin sonuna qədər “kimyaçılar”ın formasını geyinəcək və avrokuboklarda məşqçilər korpusunun sərəncamında olacaq.

Qeyd edək ki, “Sumqayıt”a fevralda keçən Cordan Rezabalanın klubla sözləşməsi ilin sonuna qədərdir.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp