İngiltərə millisinin baş məşqçisi Qaret Sautqeyt AVRO-2024 üçün ilkin heyəti açıqlayıb.

Futbolinfo.az xəbər verir ki, ingiltərəli mütəxəssis Avropa çempionatına bir neçə gənc oyunçunu da apara bilər. Çünki 33 nəfərlik siyahıda 21 yaşadək futbolçulardan ibarət yığmanın üzvləri də yer alıb.

Çalışdırıcı onlara güvənməsinin səbəbini də izah edib. O, U-21-in heyətində parlaq çıxışla diqqət çəkən qapıçı Ceyms Trafford və müdafiəçi Riko Lyuisi xüsusi vurğulayıb. 53 yaşlı məşqçi onların, xüsusən də, Avropa çempionatının seçmə mərhələsində Azərbaycanın U-21 millisini 5:1 hesabı ilə məğlub etdikləri qarşılaşmada performansından razı qaldığını söyləyib.

Lyuisə dəvət göndərilməsə də, Sautqeyt ona hər an hazır olması barədə xəbərdarlıq etdiyini bildirib.

Qeyd edək ki, martın 22-də “Azərsun Arena”da keçirilən matçda millimiz İngiltərəyə 1:5 hesabı ilə uduzub. Yığmamızın heyətində təsəlli qolunun müəllifi Ramin Nəsirli olub.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp