Qadın futbolçulardan ibarət Türkiyə millisinin üzvü Birgül Sadıkoğlu Avropa çempionatının seçmə mərhələsində Azərbaycanla keçiriləcək oyunları dəyərləndirib.

Futbolinfo.az xəbər verir ki, 24 yaşlı yarımmüdafiəçi hər iki görüşə hazır olduqlarını bildirib.

“Qalatasaray”ın sabiq oyunçusu məqsədlərinin qarşıdakı matçlarda 6 xal toplamaq olduğunu vurğulayıb: “Hazırlığımız yüksək səviyyədə keçir. Hamımız çox yaxşı motivasiya olunmuşuq. Azərbaycanı hər iki oyunda məğlub edib vəziyyəti yaxşılaşdırmaq istəyirik. Azarkeşlərimizin bu qarşılaşmada bizi dəstəkləmələrini gözləyirik. Çünki onlarla daha güclüyük. Azərbaycanla görüşdə azarkeş rekordu qırmaq istəyirik”.

Qeyd edək ki, Türkiyə ilə Azərbaycan milliləri arasında oyunlar martın 31-də Erzincanda, iyunun 4-də isə Bakıda keçiriləcək.

Shares: