İngiltərənin səviyyəcə ikinci futbol liqası olan Çempionşipdə mübarizə aparan “Sauthempton” Premyer Liqaya qayıdıb.

Futbolinfo.az xəbər verir ki, “müqəddəslər” Londondakı “Uembli” stadionunda keçirilmiş pley-offun final matçında “Lids”dən üstün olub – 1:0.

Matçda yeganə qolun müəllifi 27 yaşlı hücumçu Adam Armstronq olub.

Bununla da “Sauthempton”un yüksək liqasız qalması cəmi bir il çəkib.

Beləliklə, 2024/25 mövsümü üçün Premyer Liqanın iştirakçılarının siyahısı tam formalaşıb. “Sauthempton” daha əvvəl birbaşa yüksələn “Lester Siti” və “İpsviç Taun”a qoşulub. Bu mövsümün sonunda “Şeffild Yunayted”, “Börnli” və “Luton Taun” elitanı tərk ediblər.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp