Avroliqada qalib müəyyənləşib. “Dördlər finalı”nın həlledici oyununda Yunanıstanın “Panarinaikos” komandası Madrid “Real”ını məğlub edib – 95:80 (25:36, 24:18, 15:7, 31:19).
Beləliklə, yunanlar tarixdə 7-cı dəfə qitənin ən nüfuzu turnirinin qalibi olublar.
Görüş madridlilərin üstünlüyü ilə başlasa da, əsas fasilədən sonra Afina təmsilçisi təşəbbüsü ələ alıb. Ergin Atamanın komandası tədricən rəqibə çataraq sonluğu daha yaxşı keçirib.
Oyunun qəhrəmanı Kostas Slukas olub. Onun aktivində 24 xal var. Yunan müdafiəçi həm də “Dördlər finalı”nın MVP-si seçilib.
3-cü yer uğrunda oyunda “Olimpiakos” “Fənərbağça”nı məğlub edərək bürünc medalların sahibi olub.
Əlavə edək ki, Ergin Ataman son 4 ildə 3-cü dəfə Avroliqanın qalibi olub.