Hokkey üzrə dünya çempionatının final görüşü baş tutub. Çexiyada keçirilən turnirin həlledici görüşündə meydan sahibləri İsveçrəni 2:0 hesabı ilə məğlub edərək titulu qazanıb. Çexiya millisi 2010-cu ildən sonra ilk dəfə dünya çempionu olub.

Ev sahiblərinə qələbəni gətirən qol üçüncü hissənin ortalarında ulduz hücumçu David Pastrnak tərəfindən vurulub. Son saniyələrdə isə David Kempfin boş qapıya vurduğu qolla çempionatda son nöqtəni qoyub.

Bürünc medal üçüncü yer uğrunda görüşdə Kanada yığmasını məğlub edən İsveç komandasına qismət olub.

Qeyd edək ki, növbəti – 88-ci dünya çempionatı 2025-ci ilin yazında İsveç və Danimarkada keçiriləcək.

Shares: