“Penske” komandasının sürücüsü Cozef Nyuqarden “İndyCar” seriyasının ən nüfuzlu yarışı olan “Indianapolis 500”də ardıcıl ikinci dəfə qalib olub. Sonuncu dəfə belə bir hadisə, 2002-ci ildə baş vermişdi. O zaman Helio Kastroneves ardıcıl iki il qələbə qazanmışdı.

Son dövrələrdə Nyuqarden “McLaren” komandasının sürücüsü Patrisio O’Vardla mübarizə aparıb. Finişə bir dövrə qalmış meksikalı önə keçsə də, dövrənin sonunda “Penske” pilotu əks-həmlə edərək birinci yeri qoruyub.

“IndyCar”ın ən titullu pilotu Skott Dikson 3-cü yerdə, keçmiş Formula 1 pilotu Aleksander Rossi və hazırkı çempion Aleks Palou ondan sonrakı yerlərdə qərarlaşıblar.

“IndyCar”. Indianapolis 500:

1. Cozef Nyuqarden (Team Penske) – 200 dövrə.

2. Pato O’Vard (Arrow McLaren) +0,3 san.

3. Skot Dikson (Chip Ganassi Racing) +0,9.

4. Aleksander Rossi (Arrow McLaren) +1,1.

5. Aleks Palou (Chip Ganassi Racing) +1,5.

6. Skot Makqlokin (Team Penske) +2.0.

7. Kayl Kirkvud (Andretti Qlobal) +2,5.

8. Santino Ferruççi (AJ Foyt Enterprises) +3.6.

9. Rinus Viki (Ed Carpenter Racing) +3.9.

10. Konor Deyli (Dreyer & Redinbold Cusick Motorsports) +4.6.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp