Alpinist Kami Rita Everesti fəth etmək üzrə dünya rekordu vurub. Nepallı həyatında 30-cu dəfə dünyanın ən hündür zirvəsinə dırmanıb.
54 yaşlı Kami Rita Everestdə turist bələdçisi işləyir. Bundan əvvəlki dırmanma rekordu da ona məxsus idi. Rita 2018-ci ildən etibarən dünya rekorduna sahibdir.
Nepallı alpinist birinci dəfə Everesti 1994-cü ildə fəth edib. Ovaxtdan bəri Rita, demək olar ki, hər il zirvəyə qalxıb. O, arada yalnız 3 il, Nepal hakimiyyətinin müxtəlif səbəblərdən ərazini bağladığı vaxtlarda qalxaya bilməyib.