“Turan Tovuz”dan ayrılacaq futbolçuların ikisinin kimliyinə aydınlıq gəlib.

Futbolinfo.az xəbər verir ki, uzun müddətdir zədədən əziyyət çəkən gürcü mərkəz yarımmüdafiəçisi Piruz Marakveldze Tovuz klubunu tərk edib.

Onunla müddəti bitən müqaviləni yeniləməyə ehtiyac duyulmayıb. 29 yaşlı futbolçu azad agent kimi vətəninə qayıdır.

Qapıçı Tərlan Əhmədli də “Turan Tovuz”dan ayrılacaq. Ehtiyat qapıçı olan Tərlan artıq özünə yeni klub da tapıb. O, “Araz-Naxçıvan”la anlaşıb və yeni mövsümü digər elita təmsilçisində keçirməyə hazırlaşır.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp