Ağcabədi rayonunda məktəbli oğlanlar arasında basketbol üzrə rayon turniri keçirilib. Turnir 8-11-ci snif şagirdləri arasında reallaşıb.

Ağcabədi Olimpiya İdman Kompleksində baş tutan yarışda 11 məktəbin komandası gücünü sınayıb.

Gərgin və maraqlı idman mübarizəsi şəraitində keçən turnirin yekun nəticələrinə əsasən, Ağcabədi şəhər M.Əsədov adına 5 nömrəli tam orta məktəbin komandası I, şəhər 9 nömrəli tam orta məktəbin komandası II, S.Vurğun adına şəhər 4 nömrəli tam orta məktəbin komandası isə III yeri tutub.

Mükafatçılara diplomlar təqdim olunub.

BƏHRUZ MUSAYEV, AĞCABƏDİ

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp