Mauritsio Poçettinonu istefaya göndərən “Çelsi” yeni baş məşqçi axtarır. Londonlular artıq seçimini edib və qərarını qətiləşdirmək üzrədir.

Futbolinfo.az xəbər verir ki, “zadəganlar” Enzo Mareska ilə anlaşıb. İtaliyalı mütəxəssislə 3 illik müqavilənin son detalları dəqiqləşdirilir. “Çelsi” rəhbərliyi “2+1” formasında təklif irəli sürüb, Mareska isə bu müddətin tam olmasında israr edir.

Tərəflər prinsipial olaraq anlaşıb, indi “Lester”i razı salmaq lazımdır. Ötən yay anlaşdığı “tülkülər”i ilk ilindəcə Premyer Liqaya qaytaran 44 yaşlı mütəxəssisin anlaşmasının müddəti 2026-cı ildə bitəcək. İndi “Çelsi” məşqçinin klubuna kompensasiya ödəməlidir.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp