Futbol üzrə Serbiya millisinin bu il Almaniyada keçiriləcək Avropa çempionatı üçün yekun heyəti bəlli olub.

Futbolinfo.az xəbər verir ki, baş məşqçi Draqan Stoykoviç siyahıya 26 oyunçunun adını daxil edib.

Qapıçılar: Vanya Milinkoviç-Saviç (“Torino”, İtaliya), Predraq Raykoviç (“Malyorka”, İspaniya), Corce Petroviç (“Çelsi”, İngiltərə);

Müdafiəçilər: Strahinya Pavloviç (“Zaltsburq”, Avstriya), Nikola Milenkoviç (“Fiorentina”, İtaliya), Milo Velkoviç (“Verder”, Almaniya), Srcan Babiç (“Spartak”, Moskva, Rusiya), Uroş Spayiç (“Srvena Zvezda”), Nemanya Stoyiç (TSÇ);

Yarımmüdafiəçilər: Saşa Lukiç (“Fulhem”, İngiltərə), Nemanya Qudelj (“Sevilya”, İspaniya), Nemanya Maksimoviç (“Xetafe”, İspaniya), İvan İliç (“Torino”, İtaliya), Srcan Mihayloviç (“Srvena Zvezda”), Serqey Milinkoviç-Saviç (“Əl-Hilal”, Səudiyyə Ərəbistanı), Duşan Tadiç (“Fənərbaxça”, Türkiyə), Lazar Samaryiç (“Udineze”, İtaliya), Velko Birmançeviç (“Sparta”, Çexiya), Filip Kostiç (“Yuventus”, İtaliya), Filip Mladenoviç (“Panatinaikos”, Yunanıstan), Andriya Jivkoviç (PAOK, Yunanıstan), Miyat Qacinoviç (AEK, Yunanıstan);

Hücumçular: Aleksandr Mitroviç (“Əl-Hilal”, Səudiyyə Ərəbistanı), Duşan Vlahoviç (“Yuventus”, İtaliya), Luka Yoviç (“Milan”, İtaliya), Petr Ratkov (“Zaltsburq”, Avstriya).

Qeyd edək ki, Serbiya yığması 14 iyun – 14 iyul aralığından baş tutacaq AVRO-2024-ün C qrupunda İngiltərə, Danimarka və Sloveniya milliləri ilə üz-üzə gələcək.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp