Gənclər və İdman Nazirliyi və Azərbaycan Atletika Federasiyasının təşkilatçılığı ilə Gəncədə kütləvi qaçış tədbiri keçirilib.
Müstəqillik Gününə həsr olunmuş qaçış “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində “Gəlin birlikdə qaçaq” şüarı altında keçirilib.
Yarışda respublikanın müxtəlif regionlarından olan 400-ə yaxın iştirakçı mübarizə aparıb. Ümumilikdə 11 km məsafəni əhatə edən yürüşdə qaliblər müxtəlif kateqoriyalar üzrə müəyyən olunub.
Heydər Əliyev parkında startı verilən yürüşdə ümumi kateqoriyada kişilərdə Samir Hüseynov, qadınlarda isə Anna Yusupova mütləq çempion adını qazanıb. Region iştirakçıları isə 6 km məsafəyə qaçışda mübarizə aparıblar. Burada Ümid İbrahimov və Nurtac Qarayevanın qələbəsi qeydə alınıb.
BƏHRUZ MUSAYEV, GƏNCƏ