“Barselona” 17 yaşlı futbolçusu Hektor Fortla müqavilənin müddətini uzadıb.

Futbolinfo.az xəbər verir ki, bu barədə klubun saytı məlumat yayıb.

Müdafiəçi ilə yeni müqavilə 2026-cı ilin iyununa kimi nəzərdə tutulub.

Fort “Barselona” akademiyasının yetirməsidir. O, La Liqanın başa çatan mövsümündə əsas komandada 7 oyun keçirib, 2 qolun ötürməsini verib.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp