İspaniya La Liqasında artıq geridə qalmış mövsümün ən yaxşı futbolçusunun adına aydınlıq gəlib.
Futbolinfo.az xəbər verir ki, bu, “Real”ın yarımmüdafiəçisi Cud Bellingemdir.
20 yaşlı futbolçu La Liqanın 2023/24 mövsümündə 28 matça çıxıb, 19 qol vurub və 6 qolun ötürməsini verib.
Bu, Bellingemin “Real”da ilk mövsümüdür. O, ötən ilin yayından Madrid təmsilçisində forma geyinir.
“Barselona”da geyinən Lamin Yamal La Liqada ötən mövsümün 23 yaşadək ən yaxşı futbolçusu seçilib.
“Jirona”nı çalışdıran Miçel də mövsümün ən yaxşı məşqçisi elan edilib.