“Qəbələ”nin futbolçusu Murad Musayev Türkiyədə əməliyyat olunub.

Futbolinfo.az xəbər verir ki, 30 yaşlı müdafiəçi sol axil vətərinin tam qopması üzündən cərrahi müdaxiləyə məruz qalıb.

Musayevin Ankarada gerçəkləşən əməliyyatı uğurlu keçib. O, dörd reabilitasiya kursu keçməli olacaq. Onun təxminən 5-6 aydan sonra komanda ilə məşqlərə başlayacağı gözlənilir.

Shares: