“Tottenhem” qış transfer pəncərəsində “Leypsiq”dən icarəyə götürdüyü Timo Vernerlə müqaviləsinin müddətini uzadıb.

Futbolinfo.az xəbər verir ki, bu barədə klubun saytı məlumat yayıb.

28 yaşlı hücumçu ilə 2024/25 mövsümünün sonunadək sözləşmə imzalanıb. Onun əvvəlki icarə müqaviləsi bu ilin yayına qədər idi.

Verner “Tottenhem”in heyətində 14 matça çıxıb, 2 qol vurub və 3 qolun ötürməsini verib.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp