Mənzil başına çatmaq üçün kimi şəxsi avtomobilindən, kimi də ictimai nəqliyyatdan istifadə edir. Lakin indiki zamanda velosipeddən yararlananlar da az deyil.

Belə insanlardan biri də 75 yaşlı Mingəçevir sakini Abid İsmayılovdur. Müsahibim deyir ki, əvvəlki vaxta nisbətən hazırda insanların velosipedə qarşı münasibəti dəyişib. İsmayılov bu nəqliyyat vasitəsindən istifadəni sağlamlıq və ekologiyaya qayğı kimi qiymətləndirir: “Mən uşaqlıqdan velosiped sürürəm. 75 yaşım olmasına baxmayaraq, hazırda da velosiped sürməyi çox sevirəm.Velosiped sürmək insan üçün çox xeyirlidir. Bu məşğuliyyət stressdən çıxmağa kömək edir, insanı ruhən dincəldir. Hazırda şəhərdə velosiped sürənlər artıb. Bu, məni çox sevindirir. İnanıramki bu say getdikcə artacaq”.

Həkimlərdə velosiped yürüşünü kalori “yandırmaq” və formaya düşmək üçün çox yaxşı bir yol olduğunu bildirirlər. Araşdırmalar göstərib ki, gündə maksimum 10 dəqiqə velosiped sürənlər sürməyənlərə nisbətən daha az çəkiyə malik olurlar. Velosiped sürərkən bütün bədən əzələləri fəaliyyətə keçdiyindən orqanizmdəki artıq yağlar da əriyir.

Velosiped sürmək ürək məşqidir. Araşdırmalar zamanı velosiped sürənlərin müntəzəm şəkildə qaçışla məşğul olan insanlardan daha sağlam olduğu sübut edilib. Velosiped sürməklə arıqlamaq, ürəyin sağlamlığını qorumaq, əzələləri inkişaf etdirmək, pul yığmaq və ətraf mühiti qorumaq mümkündür.

BƏHRUZ MUSAYEV, MİNGƏÇEVİR

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanıb.

Sahə: Uşaq və gənclərin fiziki və mənəvi inkişafında idmanın rolu

media - Futbolinfo.az
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp