Azərbaycan millisi Paris-2024 Yay Olimpiya Oyunlarına qazanılan lisenziyaların sayını 27-ə çatdırıb. Sonuncu uğura qılıncoynadan Anna Başta imza atıb.

Qarşıda siyahının genişlənəcəyinə ümid var. Növbəti iki ayda br neçə idma növündə gözlənilən lisenziyalar gəlməlidir.

Hələlik güləşçilərimiz ən çox – 12 lisenziya qazanmaqla Parisə gedəcək nümayəndə heyətinin tərkibini genişləndirib. Sonrakı yerlərdə gimnaslar və boksular gəlir:

Güləş

Əliabbas Rzazadə (57 kq), sərbəst güləş

Hacı Əliyev (65 kq), sərbəst güləş

Turan Bayramov (74 kq), sərbəst güləş

Osman Nurmaqomedov (86 kq), sərbəst güləş

Maqomedxan Maqomedov (97 kq), sərbəst güləş

Giorgi Meşvildişvili (125 kq), sərbəst güləş

Murad Məmmədov (60 kq), yunan-Roma güləşi

Həsrət Cəfərov (67 kq), yunan-Roma güləşi

Sənan Süleymanov (77 kq), yunan-Roma güləşi

Rafiq Hüseynov (87 kq), yunan-Roma güləşi

Sabah Şəriəti (130 kq), yunan-Roma güləşi

Mariya Stadnik (50 kq), qadın güləşi

Gimnastika

Zöhrə Ağamirova, bədii gimnastika

Selcan Maqsudova, batut gimnastikası

Qrup hərəkətləri komandası, bədii gimnastika (Ləman Əlimuradova, Kamilə Əliyeva, Yelizaveta Luzan, Güllü Ağalarzadə və Darya Sorokina)

Boks

Nicat Hüseynov (51 kq)

Murad Allahverdiyev (80 kq)

Məhəmməd Abdullayev (+92 kq)

Badminton

Edi Reski Dviçayo (kişilər, fərdi)

Keişa Fatimə Zəhra (qadınlar, fərdi)

Atletika

Anna Skidan, çəkicatma

Taekvondo

Qaşım Maqomedov (58 kq)

Atıcılıq

Ruslan Lunyov (10 m, pnevmatik tapança)

Basketbol

Qadın yığması, 3×3 növü

Avarçəkmə

Diana Dımçenko, (2000 m, akademik avarçəkmə)

Triatlon

Rostislav Pevtsov

Qılıncoynatma

Anna Başta, (sablya)

Shares: