MBA-nın Qərb konfransında final seriyasının 4-cü oyunu baş tutub. “Dallas Maveriks” doğma arenada “Minnesota Timbervulvs”u qəbul edib.

İlk 3 oyunda qələbə qazanan dallaslılar doğma publika qarşısında finala vəsiqə əldə edə bilərdilər. Lakin qonaqlar buna imkan verməyiblər. Minnesota komandasının 105:100 hesablı qələbəsi seriyanın uzanmasına səbəb olub.

Xatırladaq ki, növbəti oyun Minnesotanın meydançasında keçiriləcək. MBA-nın tarixi ərzində final seriyasında 0:3-dən dönüş edən komanda olmayıb.

Bu qarşılaşmada Entoni Edvards gözəl oyun nümayiş etdirib. O, 29 xal, 15 ribaund və 10 asistlə tripl-dabl edib. Rudi Qoberin də aktivində dabl-dabl var.

Meydan sahiblərinin lideri Luka Donçiç də Edvards kimi tripl-dabl edib. O, görüşü 28 xal, 15 ribaund və 10 asistlə tamamlayıb.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp