Əfsanəvi fransız futbolçu, dünya və Avropa çempionu Zinəddin Zidan “Le Manın 24 saatı” marafonuna start verəcək.

Zidan təşkilatçıların dəvətini qəbul edib və marafona rəsmi starter kimi gələcək. O, 15 iyun – şənbə günü, yerli vaxtla saat 16:00-da Fransa bayrağını yelləməklə rəmzi şəkildə yarışın başlamasını göstərəcək.

“Le Manın 24 saatı”  tez-tez məşhur insanları starter olmağa dəvət edir. Müxtəlif İllərdə bu şərəfə Bred Pitt (2016), Rafael Nadal (2018) və LeBron Ceyms (2023) nail olublar.

Zinəddin Zidan: “24 saatlıq Le Man marafonunu heç nə ilə müqayisə etmək olmaz. Bu, bütün dünyada avtoidman həvəskarları üçün əlamətdar yarışdır və Fransa üçün böyük qürur mənbəyidir. Bu, mənim ilk təcrübəm olacaq və belə bir rolu özüm üçün böyük şərəf hesab edirəm”.

Qeyd edək ki, “Le Manın 24 saatı” avtoidmanda dünyanın 3 ən nüfuzlu yarışından biri sayılır.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp