Super orta çəkidə mütləq dünya çempionu Saul Alvarez (61-2) IBF titulundan imtina etməyi planlaşdırır. Bunun səbəbi onun Villiam Skulla (22-0, 9 KO) döyüşmək istəməməsidir. Məlumatı “Boxing Scene”  yayıb.

Belə olduğu halda, Alvares WBA, WBC və WBO titullarına sahib olacaq.

Alvares son döyüşündə hakimlərin yekdil qərarı ilə (117-110, 116-111, 115-112) Xayme Munqiyanı (43-1) məğlub etmişdi. Döyüş mayın 4-də ABŞ-ın Paradays şəhərindəki “T-Mobile” Arenada baş tutmuşdu.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp