Norveçin Stavanger şəhərində klassik şahmat üzrə mötəbər “Norway Chess 2024” turnirinin 2-ci turu başa çatıb. Onun nəticələrinə əsasən, 16-cı dünya çempionu, norveçli qrossmeyster Maqnus Karlsen yarışın vahid lideri olub.

2-ci turun nəticələri:

Maqnus Karlsen (Norveç) – Hikaru Nakamura (ABŞ) – 1,5/1;

Dinq Liren (Çin) – Rameşbabu Praqnanandha (Hindistan) – 1,5/1;

Əlirza Firuzja (Fransa) – Fabiano Karuana (ABŞ) – 1,5/1.

2-ci turun nəticələrindən sonra norveçlinin üç xalı var. Digər iştirakçıların hamısı 2,5 xala malikdirlər.

“Norway Chess – 2024” iyunun 7-dək davam edəcək. Yarışın reqlamentinə əsasən, klassik partiyada heç-heçə olduğu halda, eyni rəngli fiqurlarla Armageddon oynanılır.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp