Tezliklə daha bir Premyer Liqa klubu baş məşqçisiz qalacaq. “Şamaxı” Ramiz Məmmədovu istefaya göndərmək niyyətindədir.

Futbolinfo.az xəbər verir ki, I Liqada çempion olan komanda yeni mövsümdən elitada çıxış edəcək. Birillik fasilədən sonra elitaya dönən bölgə təmsilçisini bu uğura məhz Məmmədov daşıyıb. O, mövsümün gedişində təhvil aldığı komandanı toparlamağı bacarmış, son turdan öncə əsas rəqibi məğlub edərək liderliyə qovuşmuşdu.

Lakin Premyer Liqaya vəsiqəni təmin edən məşqçiyə indi şans vermək istəmirlər. Məmmədovla yeni müqavilə imzalanmır və onu yola salmaq niyyətindədirlər. Bu qərarı klubun idarəçiliyinə müdaxilə edən Şamaxı rəhbərliyi verib. Komandaya dəstək duran şəxslər Ramiz bəyin işindən tam razı deyil və onu əvəz etmək üçün namizədləri araşdırır.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp