Kişi həndbolçular arasında Azərbaycan Kubokunda finalçılar müəyyənləşib.

Futbolinfo.az xəbər verir ki, yarımfinalda “Azəryol” komandası “Dinamo” ilə, “Bakı” isə “Qarabağ”la üz-üzə gəlib.

“AHF Arena”da keçirilən görüşlərdə “Azəryol” “Dinamo” üzərində 45:28 hesablı qələbə qazanıb. “Bakı” isə “Qarabağ”ı məğlub edib – 34:28.

Beləliklə, finalda “Bakı” və “Azəryol” komandaları qarşılaşacaq. Həlledici oyun mayın 30-da keçiriləcək.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp