“İndi daha çox hədəf yox, komandanı qurmaq barəsində düşünmək lazımdır” – bunu futbolinfo.az-a açıqlamasında “Araz-Naxçıvan”la yeni müqavilə imzalayan baş məşqçi Elmar Baxşıyev deyib.

Naxçıvan təmsilçisi ilə anlaşan mütəxəssis bu barədə danışıb: “Komandaya gələn və gedənləri müəyyənləşdirmək hazırda görəcəyimiz işdir. Heyəti nə qədər tez komplektləşsək, daha yaxşıdır. Ondan sonra iddiadan danışmaq mümkündür”.

O, mətbuatda “Araz-Naxçıvan”a keçəcəyi deyilən Bilel Auşeriya ilə bağlı da açıqlama verib: “O, bizə təklif olunan oyunçuların içində yoxdur”.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp