AFFA İntizam Komitəsinin iclası keçirilib.

Futbolinfo.az xəbər verir ki, AFFA-nın bayrağı altında keçirilən müxtəlif yarışlarla bağlı aşağıdakı qərarlar qəbul olunub:

U-17 Liqasının “Zirə” PFK – “Araz Naxçıvan” PFK oyununda “Zirə”nin futbolçusu Cavanşir Qasımov qarşılaşmanın 83-cü dəqiqəsində təcavüzkar davranışa görə qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 4 oyun cəzalandırılıb. “Zirə”nin digər futbolçusu Gülağa Mirzəyev də qarşılaşmanın 84-cü dəqiqəsində təcavüzkar davranışa görə qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 4 oyun cəzalandırılıb. “Araz Naxçıvan”ın futbolçusu Mehman Ağakişiyev qarşılaşmanın 84-cü dəqiqəsində təcavüzkar davranışa görə qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 4 oyun cəzalandırılın.

U-15 Liqasının “Sumqayıt” FK – “Qəbələ” İK oyununda “Qəbələ”nin cəzalı olan məşqçisi Şəhruz Mustafayev oyun ərzində hakimlərin ünvanına qeyri-etik ifadələr işlətməsinə görə cəzasının üzərinə 5 oyun əlavə edilib.

U-14 Liqasının “Sabah” FK – “Masallı” PFK oyunu “Masallı” PFK komandası təyin edilən vaxtda meydanda olmadığına görə baş tutmadığı üçün “Masallı”ya 0:3 hesablı texniki məğlubiyyət verilib.

U-14 Liqasının “Qəbələ” İK – “Azart” oyunu bitdikdən sonra “Azart”ın baş məşqçisi Səxavət Ağazadə hakimlər briqadasını təhqir etdiyinə görə 3 oyun cəzalandırılıb.

U-14 Liqasının “Şirvansaray” FK – “Astara” FK oyununda “Astara”nın rəsmisi Qəhrəman Mirzəyev öz futbolçusu Yusif Qurbanovu təhqir etdiyinə görə qırmızı vərəqə ilə texniki zonadan kənarlaşdırıldığı üçün 5 oyun cəzalandırılıb.

AHFF-nin birinciliyinin 5-ci turu çərçivəsində keçirilən “Gənclər” FM – “Sparta” oyununda “Sparta”nın futbolçu Riyad Hənifəyev qarşılaşmanın 90+4-cü dəqiqəsində meydanda təhqiramiz ifadələr işlətdiyinə görə qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 3 oyun cəzalandırılıb.

AHFF-nin birinciliyinin 5-ci turunun “Ərkivan” FK – “Salyan 2018” FK oyununda təhlükəsizlik xidməti oyuna təyin edilmiş vaxtda gəlmədiyi üçün oyun baş tutmadığına görə “Ərkivan”a 0:3 hesablı texniki məğlubiyyət verilib.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp