Rodriqo “Real”dan ayrılmayacaq. Madrid klubu braziliyalı futbolçusunu satmaq istəmir.

Futbolinfo.az xəbər verir ki, hücumçu özü də çoxsaylı təkliflərin hamısını geri çevirib. O, İspaniya nəhəngində xoşbəxtdir və İngiltərəyə köçmək istəmir. Hətta “Real”ın yayda yeni hücumçu alması planlarıda Rodriqonu narahat etmir.

Klubun Rodriqo ilə bağlı niyyəti zatən çoxdan bəllidir. Təsadüfi deyil, bir müddət öncə onunla yeni müqavilə bağlanmış, anlaşmanın müddəti 2028-ci ilədək artırılmış və bir milyard avroluq satınalma bəndi qeyd edilmişdi.

23 yaşlı futbolçu 2019-cu ildə “Santos”dan 45 milyon avroya transfer edilib. Bu müddətdə onun dəyəri ikiqat artıb.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp