Səudiyyə Ərəbistanının kral sarayının idman və əyləncə sahəsində müşaviri, nazir statusunda olan Turki Əş-Şeyx, ağır çəkidə mütləq dünya çempionu Aleksandr Usik (22-0) ilə WBC versiyası üzrə keçmiş dünya çempionu Tayson Fyuri (34-1) arasındakı revanş döyüşünün dekabrın 21-də keçiriləcəyini elan edib.

“Mütləq çempion Aleksandr Usik və Tayson Fyuri arasında revanş döyüşü Ər-Riyadda təşkil ediləcək. Dünya bir daha tarixi döyüşü izləyəcək. Boks həvəskarlarına olan bağlılığımız davam edir. Ümid edirik ki, bundan həzz alacaqsınız”, – deyə Əş-Şeyx sosial şəbəkə hesabınd yazıb.

Xatırladaq ki, Usik Fyurini məğlub edərək ağır çəkidə mütləq dünya çempionu titulunu qazanıb. O, dörd əsas (WBA (Super), WBC, IBF, WBO) və ikinci dərəcəli (IBO və The Ring) kəmərin sahibidir.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp