Harri Maquayr oyununu yaxşılaşdırmaq istəyir. Son vaxtlar daha çox səhvləri ilə diqqət çəkən mərkəz müdafiəçisi fərdi məşqlərə başlayıb.

Futbolinfo.az “Daily Mail”ə istinadla xəbər verir ki, “Mançester Yunayted”in müdafiəçisi Avro-2024-də ən yaxşı oyununu sərgiləmək niyyətindədir. Müdafiəçi bu səbəbdən yay tətilindən imtina edərək çalışmalara başlayıb. Harri gündə 3 dəfə məşq edir. O, milli komandada əsas heyətə layiq olmağa çalışır.

Maquayr klubunda da əsas oyunçulardan olmaq niyyətindədir. Təcrübəli müdafiəçi satılması təklifindən imtina edib və baş məşqçinin kimliyindən asılı olmayaraq, “qırmızı şeytanlar”ın düşərgəsində qalacaq.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp