“Elmar Baxşıyevin bu keçiddə böyük rolu oldu” – bu sözləri “Araz-Naxçıvan”la müqavilə imzalayan hücumçu Ülvi İsgəndərov deyib.

“Qəbələ”dən ayrılıb Naxçıvan təmsilçisinə keçən forvard komandanın baş məşqçisi Elmar Baxşıyevin transferindəki rolundan danışıb: “Onunla əvəzedici komandadan bir yerdə çalışmışıq. Mənim mənfi və müsbət tərəflərimi bilir. Yeni mövsümdən daha iddialı komanda formalaşdırmaq istəyir. Məni də orada görmək istədiyini dedi. Burdan da ona təşəkkür edirəm. Ümid edirəm ki, yeni mövsümdən uğurlar qazanarıq”.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp