“Səbail” klubu baş məşqçisi Şahin Diniyevlə müqavilə müddətini uzadıb.

Futbolinfo.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, 57 yaşlı mütəxəssis daha bir il “dənizçilər”ə rəhbərlik edəcək.

Azərbaycan millisinin sabiq baş məşqçisi 2022-ci ildən etibarən “Səbail”də çalışır. Komanda Premyer Liqasının son mövsümünü 42 xalla 7-ci pillədə başa vurub.

Xatırladaq ki, Diniyevin “Səbail”ə qalacağı barədə daha öncə Futbolinfo.az saytında məlumat vermişdi.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp